Bakı. Trend:
Avropanın Rusiya ilə danışmağa başlamasının vaxtı çatıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni jurnalistlərin sualını cavablandırarkən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
“Düşünürəm ki, Makron haqlıdır: məncə, Avropa İttifaqının da Rusiya ilə danışıqlara başlamasının vaxtı çatıb”, – deyə Meloni qeyd edib.
O bildirib ki, hələlik Rusiyanın “Böyük Yeddilik” formatına qayıtması üçün şərait formalaşmayıb, lakin gələcəkdə bunu istisna etməyib.
“Baxmaq lazımdır ki, sülh nə vaxt əldə olunacaq və hansı şərtlərlə əldə olunacaq”, – deyə Meloni əlavə edib.
