Bakı. Trend:
Qızılın birja qiyməti tarixdə ilk dəfə olaraq 1 troy unsiyası üçün 4500 dolları ötüb.
Trend xəbər verir ki, bu rekord 9 yanvar axşamı Nyu-York Comex birjasında ticarət zamanı qeydə alınıb.
Bakı vaxtı ilə saat 19:38-ə olan məlumata görə, fevral ayında qızıl fyuçerslərinin qiyməti 1,39% artaraq 1 troy unsiyası üçün 4522,61 dollara çatıb. Bu, qiymətli metal üçün yeni rekorddur.
Ekspertlər qiymət artımını qlobal bazarlarda davam edən dəyişkənlik və təhlükəsiz sığınacaq aktivlərinə tələbatın yüksəlməsi ilə əlaqələndirirlər.
