Bakı. Trend:
ABŞ hökuməti müvəqqəti Venesuela hökuməti ilə əməkdaşlıq çərçivəsində daha bir neft tankerini saxlayıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində məlumat verib.
Tramp bildirib ki, ABŞ müvəqqəti Venesuela hökuməti ilə koordinasiyalı şəkildə, Vaşinqtonun icazəsi olmadan Venesuelanı tərk edən neft tankerini saxlayıb.
“Bu gün ABŞ müvəqqəti Venesuela hökuməti ilə koordinasiyalı şəkildə bizim icazəmiz olmadan Venesuelanı tərk edən bir neft tankerini saxlayıb. Tanker hazırda Venesuelaya qaytarılır və neft bu cür satışlar üçün hazırladığımız böyük enerji müqaviləsi çərçivəsində satılacaq”, – deyə Tramp qeyd edib.
