Bakı.Trend:
Tərtərdə oğul və ana dəm qazından zəhərlənib.
Trend-in məlumatına görə, hadisə yanvarın 9-u baş verib.
Belə ki, 09.01.2026-cı il tarixdə Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Əzimov Müşviq Əsəd oğlu və anası - 1955-ci il təvəllüdlü Əzimova Sahibə Salman qızı yaşadıqları Tərtər şəhəri, Famil Qulami küçəsi döngə 1, ev 7 ünvanında sobadan sızan dəm qazından zəhərlənib.
Hadisə nəticəsində Müşviq Əzimovun ölməsi, Sahibə Əzimovanın isə zəhərlənməsi müəyyən olunub.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
