...

Tramp “Donro doktrinasına” aydınlıq gətirib

Dünya xəbərləri Materials 9 Yanvar 2026 11:15 (UTC +04:00)
Tramp “Donro doktrinasına” aydınlıq gətirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp yerli telekanallardan birinə verdiyi müsahibədə “Donro doktrinası”ndan söz açaraq, onun bütövlükdə Qərb yarımkürəsində sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini bildirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Biz istəmirik ölkəmizə narkotiklər gətirilsin. Biz ölkəmizə pis adamların gəlməsini istəmirik”, - deyə Ağ Ev rəhbəri bildirib.

O, həmdə klassik “Monro doktrinasını” niyə “Donro” adına dəyişdiyini də aydınlaşdırıb. Tramp bildirib ki, yeni doktrinanı məhz onun şərəfinə, adının baş hərfinə uyğun belə adlandırıblar. Belə ki, indiki administrasiya keçmiş xarici siyasət konsepsiyasının məqsədlərinə tam olaraq çatıb.

Bundan əvvəl ABŞ-nin “Axios" portalı izah edib ki, “Donro doktrinası” 1823-cü ilin dekabrında ABŞ-nin beşinci Prezidenti Ceyms Monro tərəfindən təqdim edilən “Monro doktrinasının” aktualizə edilmiş versiyasıdır. Nəşrin müəlliflərinin fikrincə, Tramp bu doktrina vasitəsilə dünyada yeni bir nizam yaratmağa çalışır. Yenilənmiş sənəddə Qərb yarımkürəsi ABŞ-nin təsir dairəsi kimi tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti