...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 10 Yanvar 2026 10:48 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə ərzində "Azeri Light CIF", "Azeri Light FOB Ceyhan", "Dated Brent" və “Urals” markalı neftin orta qiymətləri artıb.

Trend xəbər verir ki, Azərbaycanda “Azəri–Çıraq–Günəşli” yatağında hasil edilən "Azeri Light CIF" markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0.79 ABŞ dolları və ya 1.21 faiz artaraq bir barel üçün 66.06 ABŞ dolları təşkil edib.

Həftə ərzində bir barel üçün ən yüksək qiymət 68.51 ABŞ dolları, minimal qiymət isə 64.60 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 64.25 ABŞ dolları təşkil edib ki, bu da ötən həftə ilə müqayisədə 0.89 ABŞ dolları və ya 1.4 faiz çoxdur. Həftə ərzində maksimal qiymət 66.65 ABŞ dolları, minimal qiymət isə 62.80 ABŞ dolları olub.

"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0.52 ABŞ dolları və ya 1.57 faiz artaraq bir barel üçün 33.72 ABŞ dolları səviyyəsində olub. Həftə ərzində ən yüksək qiymət 35.93 ABŞ dolları, minimal qiymət isə 32.33 ABŞ dolları təşkil edib.

"Dated Brent" markalı neftin orta qiyməti bir barel üçün 63.24 ABŞ dolları olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 1.1 ABŞ dolları və ya 1.78 faiz çoxdur. Həftə ərzində bu markalı neftin maksimal qiyməti 65.48 ABŞ dolları, minimal qiyməti isə 61.89 ABŞ dolları təşkil edib.

Neft / tarix

05.01.2026

06.01.2026

07.01.2026

08.01.2026

09.01.2026

Orta qiymət

Azeri LT CIF

$65.80

$65.73

$64.60

$65.64

$68.51

$66.06

Azeri Light FOB Ceyhan

$63.96

$63.99

$62.80

$63.86

$66.65

$64.25

Urals (EX NOVO)

$33.54

$33.47

$32.33

$33.33

$35.93

$33.72

Dated Brent

$62.96

$62.92

$61.89

$62.93

$65.48

$63.24

Məqalədə:
Xəbər lenti

Xəbər lenti