...

ABŞ və Ukrayna müharibədən sonrakı bərpa üçün 800 milyard dollarlıq saziş hazırlayır

Dünya xəbərləri Materials 10 Yanvar 2026 03:56 (UTC +04:00)
ABŞ və Ukrayna müharibədən sonrakı bərpa üçün 800 milyard dollarlıq saziş hazırlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqton və Kiyev Ukraynanın müharibədən sonrakı bərpası üçün 800 milyard dollar həcmində saziş imzalamağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə “The Telegraph” nəşri öz mənbələrinə istinadən yazıb.

Məlumata əsasən, sazişin detallarının Davosda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında razılaşdırılması nəzərdə tutulur. Plan 10 il müddətini əhatə edəcək.

Mənbələr bildirir ki, təşəbbüsün əsas məqsədi iki liderin görüşündən iqtisadi sazişi – müharibənin dayandırılmasına dair ABŞ tərəfindən dəstəklənən təklifin əsas hissəsini yekunlaşdırmaq üçün istifadə etməkdir.

“Rifah planı” adlandırılan layihə çərçivəsində Ukraynanın bərpası və iqtisadi inkişafına dəstək məqsədilə on il ərzində təxminən 800 milyard dollar vəsaitin cəlb edilməsi hədəflənir.

Nəşr qeyd edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski həm müharibədən sonrakı iqtisadi bərpa planını, həm də təhlükəsizlik təminatları ilə bağlı sazişi yekunlaşdırmaq üçün gələn həftə Ağ Evə səfər etməyi planlaşdırsa da, “istəklilər koalisiyası”na daxil olan avropalı tərəfdaşlar ona ABŞ-yə getməməyi tövsiyə ediblər.

Bildirilir ki, onlar Tramp ilə görüş üçün daha uyğun alternativ kimi Davosda keçirilən Ümumdünya İqtisadi Forumunu təklif ediblər.

Xəbər lenti

Xəbər lenti