Bakı. Trend:
Fransada fermerlər Avropa İttifaqı ilə Cənubi Amerika arasında (Merkosur çərçivəsində) mümkün azad ticarət müqaviləsinə etiraz olaraq paytaxt Parisin Periferik bulvarını bağlayıblar.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Həmkarlar ittifaqlarının fəalları sütunun önündə traktorları ilə mərkəzi yolu zəbt edərək, nəqliyyatın hərəkətini dayandırıblar.
Bir müddətdən sonra etirazçılar traktorları ilə yalnız üç zolağı tutaraq, avtomobillərin qismən hərəkətinə şərait yaradıblar.
Xatırladaq ki, bundan bir gün əvvəl eynilə yunanıstanlı fermerlər mümkün azad ticarət müqaviləsinə etiraz olaraq traktorları ilə Yunanıstanda aksiyalar keçirmişdilər.
