...

5 ay əvvəl itkin düşən şəxsi öldürməkdə təqsirləndirilən həmkəndlisinin cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 9 Yanvar 2026 13:25 (UTC +04:00)
5 ay əvvəl itkin düşən şəxsi öldürməkdə təqsirləndirilən həmkəndlisinin cinayət işi məhkəməyə göndərilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, ötən il martın 20-də itkin düşmüş Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü Tamerlan Sadıqovun qəsdən öldürülməsi müəyyən edilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, ibtidai istintaq zamanı Tamerlan Sadıqovun həmkəndlisi, 1988-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında Xaliq Məmmədrzayevə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti