Bakı. Trend:
Cənubi Koreyada sürət magistralında təxminən 30 avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı dörd nəfər həlak olub.
Trend yerli “YTN News” telekanalına istinadən xəbər verir ki, ilkin məlumata görə, qəzaya yük avtomobili səbəb olub. Sürücü hələlik məlum olmayan səbəbdən idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarındakı maneəyə çırpıb.
Bundan sonra həmin yol sahəsində 30-a yaxın avtomobilin toqquşması baş verib. Hadisə nəticəsində azı dörd nəfər həyatını itirib, ölənlərin sayının artacağı istisna edilmir.
Yol-nəqliyyat hadisəsi səbəbindən magistralda uzun tıxac yaranıb.
Hazırda hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları çalışır, qəzanın təfərrüatları araşdırılır.
