Bakı.Trend:
Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına əsasən, zəlzələnin maqnitudası Rixter cədvəli ilə 4,9 bal olub.
Yeraltı təkanın episentri Petropavlovsk-Kamçatsk şəhərində 486 km aralıda, 27,5 km dərinlikdə qeydə alınıb.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.
