Bakı.Trend:
AZCON Holdinq şirkətlərindən olan ADY 2025-ci ildə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 10 milyondan çox sərnişin daşıyıb.
Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, bu rəqəm 2024-cü ilin nəticələrini 20% üstələyib.
Ötən ilin dekabr ayında isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21% daha çox sərnişin daşınıb.
