...

Zəngilanda yeni modul tipli buraxılış məntəqəsi tikiləcək - 10,1 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 9 Yanvar 2026 18:00 (UTC +04:00)
Zəngilanda yeni modul tipli buraxılış məntəqəsi tikiləcək - 10,1 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilan rayonunun Ağbənd qəsəbəsi ərazisində dövlət sərhədindən yeni modul tipli buraxılış məntəqəsinin tikinti və quraşdırma işlərinə başlanılır.

Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, görüləcək işlər çərçivəsində ərazidə asfalt-beton örtüyü və abadlıq işləri də aparılacaq.

Belə ki, Dövlət Gömrük Komitəsi (DGK) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

DGK sözügedən işlərin icrasını “Bilgə Qrup” QSC-yə həvalə edb və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, QSC-yə 10,1 milyon manat ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti