Bakı. Trend:
“Yuventus” klubunda dekabr ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Turin təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.
Səsvermənin nəticələrinə əsasən, Türkiye millisinin üzvü Kenan Yıldız ötən ayın ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, gənc hücumçu “Yuventus”un heyətində iştirak etdiyi beş rəsmi oyunda iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
