Bakı. Trend:
Vaşinqton administrasiyası Amerika neft şirkətlərinin Venesuelaya ən azı 100 milyard dollar sərmayə qoymasını gözləyir və onların təhlükəsizliyini təmin edəcək.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O qeyd edib ki, “Nəhəng neft şirkətlərimiz hökumətdən deyil, öz pullarından ən azı 100 milyard dollar xərcləyəcəklər. Onların dövlət puluna ehtiyacı yoxdur, amma dövlətin müdafiəsinə ehtiyacları var. Onların təhlükəsizliyi təmin etmək üçün hökumətə ehtiyac var”.
Tramp əlavə edib ki, neft şirkətləri gücü və zəruri infrastrukturu bərpa etmək üçün ən azı 100 milyard dollar xərcləməyi planlaşdırırlar və ABŞ-nin köməyi ilə Venesueladakı şirkətlərin təhlükəsizliyi təmin olunacaq.
