...

Ağ Evdə mümkün nüvə sınaqları ilə bağlı müzakirələr davam edir

Dünya xəbərləri Materials 10 Yanvar 2026 08:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağ Evdə mümkün nüvə sınaqlarının keçirilməsi ilə bağlı müzakirələr davam edir.

Trend xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ-nin hazırda bu cür sınaqların keçirilməsi ilə bağlı konkret planı yoxdur.

“Nüvə sınaqlarının bərpası ilə bağlı dialoq davam edir. Bizim nüvə arsenalımız dünyadakı bütün rəqiblərimizin arsenalından əhəmiyyətli dərəcədə daha üstün olmalıdır”, – deyə Rayt qeyd edib.

Xatırladaq ki, hələ 2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun “çox yaxında” nüvə sınaqları keçirəcəyini bəyan etmiş, Pentaqonun rəhbəri Pit Heqset isə ABŞ-nin nüvə silahını digər dövlətlərlə eyni səviyyədə sınaqdan keçirəcəyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti