Bakı.Trend:
Qabriel Paulista ilə yollarını ayıran "Beşiktaş" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Vulverhempton"da çıxış edən Emmanuel Aqbadudur.
"Qara qartallar" Fil Dişi Sahili millisinin üzvü üçün İngiltərə klubuna 15 milyon avroluq satınalma bəndi ilə icarə təklifi göndərib. Klubların anlaşmağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, "Vulverhempton" Emmanuel Aqbadunu 2025-ci ilin yanvar ayında "Reyms"dən transfer edib.
