...

Delsi Rodriqez ABŞ-nin Venesueladakı əməliyyatının nəticələrini bir sıra ölkə liderləri ilə müzakirə edib

Dünya xəbərləri Materials 10 Yanvar 2026 04:54 (UTC +04:00)
Delsi Rodriqez ABŞ-nin Venesueladakı əməliyyatının nəticələrini bir sıra ölkə liderləri ilə müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqez ABŞ-nin Bolivar Respublikasındakı əməliyyatının nəticələrini Braziliya Prezidenti Luis İnasio Lula da Silva, Kolumbiya Prezidenti Qustavo Petro və İspaniyanın Baş naziri Pedro Sançes ilə müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Delsi Rodriqez özünün Telegram kanalında məlumat yayıb.

Bəyanatda bildirilir ki, söhbətlər zamanı Venesuela ərazisinə edilən silahlı hücum, nəticədə 100-dən çox mülki şəxs və hərbçinin həlak olması, eləcə də respublikanın konstitusiya prezidenti Nikolas Maduronun və birinci xanım Siliya Floresin şəxsi toxunulmazlığının pozulması da daxil olmaqla, beynəlxalq hüququn ciddi şəkildə pozulması halları ətraflı şəkildə diqqətə çatdırılıb.

Rodriqezin sözlərinə görə, tərəflər beynəlxalq hüquqa, dövlət suverenliyinə və xalqlar arasında dialoqa hörmət əsasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

O əlavə edib ki, Venesuela suverenliyin və sülhün qorunmasının yeganə yolu kimi Bolivar sülh diplomatiyası prinsiplərinə sadiq qalaraq diplomatik vasitələrlə təcavüzə müqavimət göstərməyə davam edəcək.

Xəbər lenti

Xəbər lenti