...

Türk Hava Yolları Tehrana və əks istiqamətə aviareysləri təxirə salıb

Dünya xəbərləri Materials 9 Yanvar 2026 12:44 (UTC +04:00)
Türk Hava Yolları Tehrana və əks istiqamətə aviareysləri təxirə salıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Hava Yolları (Turkish Airlines) şirkəti İranın paytaxtı Tehrana cümə gününə nəzərdə tutulan beş hava reysini təxirə salıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Eyni zamanda əks istiqamətə uçuşların təxirə salındığı bildirilir. Bu qərarın səbəbləri barədə rəsmi məlumat verilmir.

Qeyd edək ki, Türk Hava Yolları, 1933-cü ildə təsis edilmiş Türkiyənin milli aviadaşıyıcısıdır və mərkəzi İstanbul Hava Limanındadır. Şirkət 120-dən çox ölkədə 330-dan çox istiqamətə uçuşlar həyata keçirir və bu baxımdan dünyada ən böyük aviaşirkətlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti