...

10 ildən çox təcrübəsi olan sürücülər tərəfindən törədilən qəzaların sayı açıqlanıb

Hadisə Materials 9 Yanvar 2026 12:55 (UTC +04:00)
10 ildən çox təcrübəsi olan sürücülər tərəfindən törədilən qəzaların sayı açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci il ərzində 10 ildən yuxarı təcrübəsi olan sürücülər tərəfindən 488 yol-nəqliyyat hadisəsi törədilib ki, bu da ümumi qəzaların 39,0 faizini təşkil edir.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, sürücünün həddindən artıq özünə güvənməsi sürətin düzgün seçilməməsinə, təhlükəsiz ara məsafəsinin saxlanılmamasına, riskli manevrlərə səbəb olur.

"Bir anlıq yanlış qərar isə ağırlıq dərəcəsi yüksək olan qəza deməkdir",- deyə idarədən əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti