Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Çin və Rusiyaya ehtiyacları olan bütün nefti sata biləcəyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə o, Ağ Evdə neft şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.
Tramp qeyd edib ki, Venesuelanın neft satışlarına nəzarətdən sonra bu ölkələrlə də əməkdaşlığa açıqdır.
“Çin və Rusiya ABŞ-dən istədikləri bütün nefti ala bilər”, - deyə Tramp vurğulayıb.
O əlavə edib ki, ABŞ Venesuelanın neft hasilatına nəzarəti ələ keçirməsə, bunu Çin və Rusiya edə bilər.
