...

bp AÇG-də qabaqcıl dərinsulu müdaxilə texnologiyalarının tətbiqinə hazırlaşır

Energetika Materials 9 Yanvar 2026 18:18 (UTC +04:00)
bp AÇG-də qabaqcıl dərinsulu müdaxilə texnologiyalarının tətbiqinə hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

bp şirkəti Xəzər dənizindəki "Dərinsulu Günəşli" (Deepwater Gunashli) yatağında quyularda yüngül müdaxilə (Light Well Intervention Vessel, LWIV) əməliyyatlarını həyata keçirmək üçün ilk gəmini işə salmağa hazırlaşır.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

bp-nin AGT regionu (Azərbaycan, Gürcüstan və Türkiyə) üzrə quyular üzrə vitse-prezidenti Rassel Morrisin sosial şəbəkədə bildirdiyinə görə, gəmi Azərbaycan, Gürcüstan və Türkiyədə əməliyyatlara cavabdeh olan “AGT Wells bp” komandası tərəfindən istifadə olunacaq.

Onun sözlərinə görə, “Xankəndi” adlı sualtı inşaat gəmisi tam təmir edilib və gələn həftə sualtı müdaxilə işlərinin aparılması üçün yatağa göndəriləcək. Morrisin bildirib ki, bu əməliyyat (müdaxilə avadanlığı üzrə gəmi operatoru kimi Saipem şirkətinin və SLB şirkətinin dəstəyi ilə) Oceaneering BORIS (Blue Ocean Riserless Intervention System) sistemi istifadə edilərək dünyada həyata keçiriləcək ilk əməliyyat olacaq.

Qeyd edək ki, kampaniyanın təhlükəsiz və effektiv aparılması üçün artıq iki böyük müqavilə imzalanıb:

- RLWI xidmətlərinin, BORIS-in quraşdırılması, yığılması və sınaqdan keçirilməsi, layihə idarəçiliyi, mühəndis dəstəyi, sistemlərin inteqrasiyası, həmçinin avadanlıq və materialların təchizatı və istehsalat işlərinin həyata keçirilməsini əhatə edən çoxmilyonluq müqavilə “Oceaneering International” ilə bağlanıb.

- Yüngül müdaxilə (LWI) xidmətlərini, o cümlədən ağır qaldırmaları aradan qaldırmaq və “qırmızı zona”nın idarəsini sadələşdirmək üçün kombinə edilmiş wireline/slickline (Combo) blokunu təmin etməyi, yüksək təzyiqli nasos avadanlığı ilə “bleed-off “paketinin tam təqdimatını və çoxdisiplinli briqadaları əhatə edən çoxmilyonluq müqavilə SLB ilə bağlanıb.

bp-nin son məlumatlarına görə, 2025-ci ilin ilk üç rübündə AÇG üzrə gündəlik orta hasilat təxminən 327 000 barel (ümumilikdə təxminən 89 milyon barel və ya 12 milyon ton) təşkil edib. Buna Çıraq platformalarında 21 000 barel, Mərkəzi Azəri 88 000, Qərbi Azəri 75 000, Şərqi Azəri 43 000, Dərinsulu Güneşli 52 000, Qərbi Çıraq 24 000, ACE (Azeri Central East) –da 24 000 barel gündəlik hasilat daxildir.

Bundan əlavə, 2025-ci ilin sentyabr ayının sonuna AÇG-də 145 quyu istismarda olub, 48-i su vurma, 10-u isə qaz vurma üçün istifadə olunub.

2025-ci ilin ilk doqquz ayında AÇG-də altı hasilat neft quyusu, dörd su vurma quyusu və bir qaz vurma quyusu qazılıb və tamamlanıb.

2025-ci ilin üç rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,1 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Blokun kommersiya istismarı 1997-ci ilin noyabrından başlayaraq və 2025-ci ilin üçüncü rübünün sonuna qədər ümumilikdə 4,5 milyard barel neft hasil edilib. Bu dövr ərzində AÇG-dən dövlətə ümumilikdə 60 milyard kubmetr səmt qazı tədarük olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti