Bakı. Trend:
Almaniya futbol çempionatının 16-cı turu çərçivəsində “Verder” və “Hoffenhaym” komandaları arasında keçirilməsi planlaşdırılan oyun qar yağması səbəbindən ləğv edilib.
Trend xəbər verir ki, bu barədə “Verder” klubunun mətbuat xidməti məlumat yayıb.
Görüş yanvarın 10-da Bremen şəhərində keçirilməli idi. Matçın yeni tarixi daha sonra açıqlanacaq.
Qeyd edək ki, bu, Almaniya çempionatının 16-cı turunda əlverişsiz hava şəraiti səbəbindən ləğv edilən ikinci oyundur. Daha əvvəl yanvarın 10-da keçirilməsi nəzərdə tutulan “Sankt-Pauli” – “Leypsiq” matçı da eyni səbəbdən baş tutmamışdı.
Hazırda Bundesliqanın turnir cədvəlində “Hoffenhaym” 27 xalla beşinci, “Verder Bremen” isə 17 xalla 10-cu pillədə qərarlaşıb.
