...

KXDR Cənubi Koreyaya məxsus kəşfiyyat PUA-sını öz ərazisində ələ keçirib

Dünya xəbərləri Materials 10 Yanvar 2026 05:32 (UTC +04:00)
KXDR Cənubi Koreyaya məxsus kəşfiyyat PUA-sını öz ərazisində ələ keçirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hava hücumundan müdafiə bölmələri Cənub tərəfdən dövlətlərarası sərhədi keçən Cənubi Koreyaya məxsus kəşfiyyat pilotsuz uçuş aparatını izləyərək Şimali Koreya ərazisi üzərində ələ keçiriblər.

Trend xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən yayımlanan Koreya Xalq Ordusu Baş Qərargah nümayəndəsinin bəyanatında bildirilib.

Məlumata görə, hadisə yanvarın 4-də baş verib. KXDR-in HHM bölmələri Cənubdan sərhədi keçən hava hədəfini aşkar edib, onu izləyib və radioelektron mübarizə vasitələrindən istifadə edərək pilotsuz uçuş aparatını öz ərazisində endiriblər.

Baş Qərargah nümayəndəsi PUA-da müşahidə avadanlıqlarının quraşdırıldığını qeyd edib. Qalıqların təhlili nəticəsində məlum olub ki, aparat üç saatlıq uçuş üçün proqramlaşdırılıb və bu müddət ərzində KXDR-in mühüm obyektlərini çəkmiş olmalı idi.

Bildirilib ki, pilotsuz uçuş aparatının kameralarında KXDR ərazisi üzərində çəkilmiş, təxminən yeddi dəqiqəlik videoyazılar aşkar edilib.

“Bu videomateriallar sözügedən pilotsuz uçuş aparatının müşahidə və kəşfiyyat məqsədilə respublikamızın hava məkanını pozduğunu açıq şəkildə sübut edir”, – deyə Baş Qərargah nümayəndəsi bildirib və vurğulayıb ki, Seulda hakimiyyət dəyişikliyindən bir il keçməsinə baxmayaraq, sərhəddə Cənubi Koreyanın təxribatları davam edir.

Xəbər lenti

Xəbər lenti