Bakı.Trend:
Nizami rayonu ərazisində bir nəfər polisə müraciət edərək bildirib ki, gecə saatlarında ona məxsus avtomobilin 350 manat dəyərində 2 ədəd akkumulyatoru oğurlanıb.
Trend-in məlumatına görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı R.Tağıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
