Bakı. Trend:
Monqolustanda yaşamaq məqsədilə 34 min 272 əcnəbi vətəndaş qeydiyyatdan keçib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artım deməkdir.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-lər məlumat yayıb.
Məlumata görə, əcnəbilər sırasında ABŞ-ın 1124, Koreya Respublikasının 1693, Hindistanın 2278, Rusiya Federasiyasının 3001, Çin Xalq Respublikasının 19 min 952 və digər ölkələrin 6224 vətəndaşı var.
Monqolustanda şəxsi məqsədlərlə yaşayan xarici vətəndaşların sayı ümumi əhalinin üç faizindən çox ola bilməz və hər hansı bir ölkənin vətəndaşlarının sayı bir faizlə məhdudlaşdırılır.
