...

Böyük Britaniyada 60 minə yaxın ev işıqsız qalıb

Dünya xəbərləri Materials 9 Yanvar 2026 20:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada “Goretti” qasırğası ilə əlaqədar minlərlə insan ciddi çətinliklərlə üzləşib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Midlend bölgəsində, ölkənin cənub-qərbində və Uelsdə təxminən 60 min ev elektrik enerjisiz qalıb. Güclü qar və külək səbəbindən 250-dən çox məktəb bağlanıb. Onların 150-dən çoxu Aberdinşirdə, onlarla məktəb Haylend bölgəsində və Aberdində, bir neçəsi isə Moray ərazisində yerləşir.

Mövcud vəziyyətlə bağlı nəqliyyatda ciddi problemlər yaranıb. “West Midlands Railway” bütün qatar reyslərini dayandırdığını açıqlayıb. “British Airways” isə Londonun Hitrou hava limanından planlaşdırılan 25 uçuşu ləğv edib, 27 reysin isə ölkəyə gəlişi təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti