...

Fransız futbolçu Aleksis Verqos Taylandda ölüb

Dünya xəbərləri Materials 10 Yanvar 2026 02:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Taylandın Koh Samui adasında şəlalənin yaxınlığında şəkil çəkdirməyə çalışan fransız futbolçu Aleksis Verqos yıxılaraq ölüb.

Trend xəbər verir ki, bu barədə RTL radio şəbəkəsi məlumat yayıb.

Məlumata görə, hadisə Verqosun sevgilisi ilə tətildə olduğu Namuang 2 Şəlaləsi yaxınlığında baş verib.

Verqos sürüşkən qayaların üzərində sürüşərək ağır baş zədəsi alıb və vəfat edib. Futbolçunun sevgilisi ağac budağına yapışaraq sağ qalıb, lakin ağır şokdadır.

Aleksis Verqos 22 yaşında olub.

Xəbər lenti

Xəbər lenti