Bakı. Trend:
Bu qış Bakının ürəyi Fəvvarələr Meydanında döyündü. 25 noyabrdan etibarən minlərlə insan bir araya gəldi, soyuq havada isti ürəklər birləşdi.
“Coca-Cola”nın dəstəyi ilə təşkil olunan “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası yalnız bir məkan deyil – o, xatirələrin, gülüşlərin və ümidlərin ünvanıdır.
Bu il də yarmarkada "Coca‑Cola”nın dəstəyi ilə bayramın simvolu olan möhtəşəm Yeni İl Şam Ağacı və Şaxta Baba Evi quruldu. Yeni İlin bu əsas elementləri ziyarətçilərin bayram əhvalını daha da gücləndirdi, çünki “Coca‑Cola” üçün bayram birlik, sevgi və paylaşmaqdır.
Yarmarka isə ilk dəfə sirk tematikası ilə təqdim olundu – musiqi, rəngarəng dekorlar və əyləncə hər kəsi bayram möcüzəsinə bürüdü. Yarmarkada 60 böyük və 20 kiçik dekorativ ev, üç iki mərtəbəli restoran, xüsusi hazırlanmış oyun tuneli, “xoxan” labirinti, müxtəlif tematik fotozonalar, iki foto köşk (photo booth) və sirk elementləri ilə zənginləşdirilmiş tamamilə yeni məkanlar qonaqlara unikal qış təcrübəsi yaşatdı.
2013-cü ildən etibarən “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilən yarmarkada sponsorların dəstəyi və dekorativ evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına yönəldilib.
Qeyd edək ki, 1920-ci ildə “Coca‑Cola” ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və uzun illərdir Yeni İl “Coca-Cola” üçün xüsusi önəm daşıyır. Şirkət fəaliyyət göstərdiyi ölkələrdə bayram ərəfəsində bir sıra kampaniyalar və layihələr həyata keçirir. “Coca-Cola” Azərbaycanda da hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar gerçəkləşdirir.
Xatırladaq ki, “Coca-Cola” 2025-ci ildə Azərbaycanda fəaliyyətinin 30 illiyini qeyd edib. Şirkət ölkədəki fəaliyyətinə 1994-cü ildə “Coca-Cola İçecek” şirkətinin tərkibində yaradılan “Azerbaijan Coca-Cola Bottlers” ilə başlayıb və bu gün “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.
