...

PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib

İqtisadiyyat Materials 9 Yanvar 2026 17:39 (UTC +04:00)
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib

Bakı. Trend:

Bir müddət öncə, PAŞA Holding, AUKAA (İngiltərə Məzunları İctimai Birliyi), Britaniya səfirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə KSM (Korpotiv Sosial Məsuliyyət) çərçivəsində “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib.

Layihə müddətində Ağdam, Bərdə, Salyan, Yardımlı, Lerik, Şamaxı, Balakən, Zaqatala, Siyəzən və Gədəbəy rayonlarında yerləşən kənd məktəbləri ziyarət olunub. Bu səfərlər zamanı ümumilikdə 500-dən çox şagirdlə görüşlər keçirilib və onlara ixtisas seçimi, şəxsi inkişaf, xaricdə təhsil imkanları və digər mövzularda məlumatlar təqdim edilib.

Layihənin davamı olaraq, seçilmiş 30 nəfər şagird Bakıda təşkil olunan 5 günlük Qış Düşərgəsində iştirak edib. Düşərgə çərçivəsində şagirdlər maraqlandıqları ixtisas sahələri üzrə peşəkar dənizçi, psixoloq, rəssam/dizayner və digər mütəxəssislərlə görüşlərə qatılıblar.

Bundan əlavə, iştirakçılar üçün ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai Televiziya, Şəhidlər Xiyabanı, Heydər Əliyev Mərkəzi, Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi və digər müəssisələrə ziyarətlər təşkil edilib.

“Təhsil üçün əl-ələ” layihəsi gənclərin maarifləndirilməsi, ixtisas seçiminə dəstək və onların gələcək inkişafına töhfə vermək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti