...

Afrika Millətlər Kubokunda ilk yarımfinalçılar müəyyənləşib

İdman Materials 10 Yanvar 2026 04:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Trend xəbər verir ki, turnirin dörddəbir final mərhələsinin ilk qarşılaşmaları artıq başa çatıb.

Mərhələnin ilk matçında Mali yığması ilə qarşılaşan Seneqal millisi 1:0 hesablı qələbə qazanaraq Afrika Millətlər Kubokunda ilk yarımfinalçı olub.

Qeyd edək ki, Seneqal yarımfinalda Misir – Fil Dişi Sahili cütünün qalibi ilə üz-üzə gələcək.

Günün ikinci qarşılaşması Kamerun və Mərakeş yığmaları arasında keçirilib. Görüşdə Mərakeş komandası 2:0 hesabı ilə qalib gəlib.

Mərakeş yarımfinalda Əlcəzair – Nigeriya matçının qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, 2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Turnirdə altı qrupa bölünmüş 24 milli komanda iştirak edib. Yarış yanvarın 18-dək davam edəcək. Hazırkı Afrika Millətlər Kubokunun çempionu isə 2023-cü il finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Kot-d’İvuardır.

Xəbər lenti

Xəbər lenti