...

Böyük Britaniya Ukraynaya qoşun yerləşdirilməsinə hazırlıq üçün 200 milyon funt ayırıb

Dünya xəbərləri Materials 10 Yanvar 2026 07:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti atəşkəsdən sonra Britaniya qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsinə hazırlıq məqsədilə 200 milyon funt sterlinq (268 milyon dollar) vəsait ayırıb.

Trend xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Heli Kiyevə səfəri zamanı açıqlama verib.

Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, müdafiə naziri bu il üçün 200 milyon funt sterlinqin ayrıldığını təsdiqləyib və bu vəsaitin əsasən Ukraynaya çoxmillətli qüvvələrin mümkün yerləşdirilməsi üçün hazırlıq tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti