...

"İnter"in yarımmüdafiəçisi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər

İdman Materials 9 Yanvar 2026 17:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

"İnter"in yarımmüdafiəçisi Davide Frattezi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, "Nottingem Forest" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Artıq klublar arasında danışıqlar başlayıb. "Nottingeem Forest" 26 yaşlı oyunçu üçün 35 milyon avro ödəməyə razı olsa, keçid baş tutacaq.

Qeyd edək ki, Davide Frattezi bu mövsüm "İnter"in heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. İtaliya millisinin üzvünün Milan təmsilçisi ilə müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti