...

Hans-Diter Flik “Barselona”nın məşqini ləğv edib

İdman Materials 10 Yanvar 2026 08:40 (UTC +04:00)
Hans-Diter Flik “Barselona”nın məşqini ləğv edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın cümə günü keçirilməsi planlaşdırılan məşqini ləğv edib.

Trend xəbər verir ki, alman məşqçi bu addımı oyunçulara qarşı yüksək fiziki tələblər səbəbindən atıb.

Oyunçular tam məşq əvəzinə oteldə yüngül məşq keçiriblər.

“Barselona”nın tam məşqi şənbə günü keçiriləcək. Qeyd edək ki, klub əvvəlki gün İspaniya Superkubokunun finalına vəsiqə qazanmaq üçün “Atletik Bilbao”nu 5:0 hesabı ilə məğlub edib.

Turnirin final oyunu 11 yanvarda “Barselona” ilə “Real Madrid” arasında baş tutacaq.

Xəbər lenti

Xəbər lenti