Bakı. Trend:
“Goretti” qasırğası İngiltərənin Kornuol bölgəsində yerləşən “Sent Maykl dağı” (St Michael’s Mount) adasında ciddi dağıntılara yol açıb.
Trend “The Telegraph”a istinadla xəbər verir ki, Penzans yaxınlığındakı qayalıqlarda yerləşən adada təxminən 100 ağac güclü küləklər nəticəsində aşaraq məhv olub.
Adanın baş bağbanı Darren Little bildirib ki, dağılan ağacların bir qismi 80–100 il yaşı olan nümunələrdir. O əlavə edib ki, bütün ərazi demək olar ki, viran qalıb və dağıntıların təmizlənməsi aylarla vaxt ala bilər.
Qeyd edək ki, “Goretti” qasırğası Britaniyada 64 mindən çox evi elektrik enerjisiz qoyub, Hitrou hava limanında onlarla reys ləğv edilib, dəmir yolu xətlərində isə gün boyu genişmiqyaslı gecikmələr yaşanıb.
