Bakı. Trend:
Tbilisi şəhərində yerləşən “Qızıl Ark” (Kidobani) ticarət mərkəzində yanğın qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə "News Georgia" məlumat yayıb.
İlkin məlumata görə, yanğın mağazalardan birində başlayıb. Yanğının yayılma miqyası hazırda məlum deyil. Xəsarət alanlar barədə məlumat verilməyib.
