...

Bakı küçələrində qraffiti sənəti - duya, danışa və dəyişə bilən canlı orqanizm (FOTO)

Mədəniyyət Materials 9 Yanvar 2026 16:00 (UTC +04:00)
Bakı küçələrində qraffiti sənəti - duya, danışa və dəyişə bilən canlı orqanizm (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı – tarixin daşda həkk olunduğu, müasirliyin isə şüşə və metal ilə ucaldığı şəhərdir. Lakin bu qatların arasında başqa bir qat da var – canlı və döyünən. Bu, küçə sənətidir. Bakıda qraffiti artıq sadəcə vizual jest olmaqdan çıxıb – o, daha çox dialoq forması və vizual özünüifadə vasitəsidir və şəhər mədəniyyətinin bir parçasına çevrilib. Bu işlər isə qışqırmır, danışır: keçən insanlarla, memarlıqla, vaxtın özü ilə.

Trend Arif Quluzadə tərəfindən hazırlanmış fotoreportajı təqdim edir.

Qraffiti meqapolisin vizual gündəliyi kimidir, onun daxili ritmini əks etdirir. Bakıdakı bu sənət pafosdan uzaqdır. O, özünü zorla qəbul etdirmir, amma bir dəfə nəzərə çarpdıqda yaddaşlarda qalır. Burada aqressiv formalar yoxdur – daha çox düşüncə, obraz, əhval-ruhiyyə, bəzən ironik, bəzən lirik olur. Dünyanın əksər paytaxtlarında olduğu kimi, Bakının küçə sənəti də teqlərdən və spontan yazılardan maraqlı sənət kompozisiyalarına doğru inkişaf edib. Bu işlərdə çox şey oxumaq olar – şəhər kimliyinin axtarışından, düşüncələrdən və ənənələrdən nəsillərarası dialoqa qədər, böyük şəhərin emosiyalarını açır.

Bakının “street art”ının xüsusiyyəti onun Azərbaycanın mədəni kodu ilə bağlılığıdır. Bu, stilizasiya və ya nostalgiya deyil, ənənənin bu günün dili ilə yenidən şərh olunmasıdır. Beləliklə, küçə sənəti getdikcə keçmiş ilə gələcək arasında körpüyə çevrilir…

Əksər küçə rəssamları hələ də anonim qalır. Onlar üçün tanınmaqdan daha vacib jestin azadlığı və ifadənin dürüstlüyüdür. Üstəlik, festivallar təşkil olunanda, şəhər təşəbbüsləri xüsusi sənət məkanları ayırır ki, rəssamlar ideyalarını reallaşdıra bilsinlər.

Əlbəttə, qraffitiyə münasibət hələ də qarışıqdır. Bəziləri üçün bu sənət və azad nəfəsdir, bəziləri üçün isə tanış qaydanın pozulması. Amma məhz bu gərginlikdə küçə sənəti yaranır: o, icazə verilən ilə olmayanın sərhədində, xaos ilə forma arasında mövcuddur. Bakıda qraffiti isə sonu olmayan bir prosesdir. Bəziləri yox olur, bəziləri ortaya çıxır, bəziləri dəyişir. Şəhər sanki öz portretini daim yenidən yazır – qat-qat, rəngarəng…

Bəlkə də məhz Bakının divarlarında olan bu şəkillərdə daha dərin şəkildə özünü göstərir: təkcə zəngin tarixə malik paytaxt kimi deyil, həm də hiss edə bilən, danışa bilən və dəyişə bilən canlı bir orqanizm kimi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti