...

Şamaxı və Göyçay heyvan satışı bazarları açıldı

Cəmiyyət Materials 10 Yanvar 2026 09:55 (UTC +04:00)
Şamaxı və Göyçay heyvan satışı bazarları açıldı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib.

Bildirilib ki, bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb.

Xatırladaq ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti