Bakı. Trend:
Kiyev sakinləri imkan daxilində şəhəri tərk etsinlər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyevin meri Vitaliy Kliçko öz “Telegram” kanalında yazılı müraciət paylaşıb.
“Paytaxt sakinlərinə müraciət edirəm – kimin imkanı varsa alternativ elektrik enerjisi və istilik təchizatı mənbələrinin olduğu yerlərə getsin – bunu edin”, -deyə o yazıb.
Kliçkonun sözlərinə görə, hazırda Kiyevdə çoxmənzilli yaşayış binalarının təxminən yarısı istilik təchizatından məhrum qalıb. Bundan əlavə, şəhərdə su təchizatında da fasilələr müşahidə olunur.
Mer əlavə edib ki, şəhər hakimiyyəti zədələnmiş infrastrukturu bərpa etməyə çalışır, lakin əlverişsiz hava şəraiti kommunal xidmətlərin işini daha da çətinləşdirir.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya ordusunun Ukraynanın strateji enerji obyektlərinə zərbələri nəticəsində ölkənin bir çox şəhərlərində o cümlədən Kiyevdə elektrik təchizatının verilişində ciddi problemlərin yaşandığı barədə məlumatlar yayılmışdı.
