...

Qara Dənizdə mülki gəmilərə hücum edilib - Kuleba

Dünya xəbərləri Materials 10 Yanvar 2026 12:42 (UTC +04:00)
Qara Dənizdə mülki gəmilərə hücum edilib - Kuleba
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukrayna Rusiyanı Qara dənizdə mülki gəmilərə hücumda ittiham edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin bərpa məsələləri üzrə müavini Aleksey Kuleba öz rəsmi “Telegram” kanalında yazıb.

Onun bildirdiyinə görə, Sent-Kits və Nevis bayrağı altında üzən gəmi taxılın yüklənməsi üçün Çernomorsk şəhər dəniz limanına daxil olan zaman Rusiyaya məxsus zərbəçi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Odessa limanı yaxınlığında isə soya daşıyan Komor adalarının bayrağı altında üzən yük gəmisinə hava hücumu olub.

Xatırladaq ki, bundan əvvəl yanvarın 8-də Qara dənizdə Palau bayrağı altında üzən neft tankeri (Elbus) də hücuma məruz qalmışdı. Gəmi Katamonudan 50 km aralıda yuxarı hissəsindən zədələnmişdi. Zərbə nəticəsində ekipaj üzvləri arasında yaralanan olmamışdı.

Hələlik Rusiya tərəfindən bununla bağlı rəsmi açıqlama verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti