...

Tramp bu ölkədə quru əməliyyatına başlanılacağının anonsunu verdi

Dünya xəbərləri Materials 9 Yanvar 2026 12:54 (UTC +04:00)
Tramp bu ölkədə quru əməliyyatına başlanılacağının anonsunu verdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp daha bir ölkədə xüsusi quru əməliyyatının başlanıldığını elan edib. Hədəf Meksikanın narkokartelləridir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri yerli telekanallardan birinə verdiyi müsahibədə danışıb.

“Biz su yolu ilə gələn narkotik trafikin 97 faizinin qabağını aldıq və indi quru üzərindən kartellərə zərbələr endirməyə başlayacağıq. Narkokartellər Meksikanı idarə edirlər” – deyə dövlət başçısı bildirib.

Tramp əlavə edib ki, qonşu ölkədə baş verənləri görmək onun üçün çox kədərlidir. O, həmçinin statistik məlumat paylaşaraq bildirib ki, ABŞ-də hər il Meksika narkokartellərinin fəaliyyəti nəticəsində 250–300 min nəfər həlak olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti