...

Neftçalada avtomobilin su kollektoruna düşməsinin səbəbi məlum olub (YENİLƏNİB)

Hadisə Materials 10 Yanvar 2026 11:42 (UTC +04:00)
Neftçalada avtomobilin su kollektoruna düşməsinin səbəbi məlum olub (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ötən gün saat Neftçala rayon sakini Yaşar Kərimovun idarə etdiyi “Toyota” markalı avtomobillə su kanalı üzərindəki körpüdən keçmək istəyərkən kanala aşmasına səbəb qatı dumana görə yol şəraitini düzgün qiymətləndirə bilməməsi olub.

Trend xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, köməksiz vəziyyətdə qalan 73 yaşlı Y.Kərimov hadisə yerində həyatını itirib.

xxx
11:42

Neftçalada avtomobil su kollektoruna düşüb, sürücü ölüb.

Trend-in məlumatına görə, 09.01.2026-cı il tarixdə saat 21 radələrində 1953-cü il təvəllüdlü, Neftçala rayonunun Qırımızıkənd kənd sakini Kərimov Yaşar Məlik oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə həmin kəndin ərazisində idarəetməni itirib yolun kənarındakı su kollektoruna düşüb və hadisə yerində ölüb.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti