Bakı.Trend:
“Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının rəsmi maskotu təsdiqlənib.
Bu barədə Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.
Bildirilib ki, federasiya tərəfindən yarışın maskotu kimi milli-mənəvi dəyərlərimizi, güc və dözümlülüyü simvolizə edən Qarabağ atı seçilib.
AzVİF “Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının maskotu üçün müsabiqə elan edib.
Müsabiqənin məqsədi Qarabağ atı obrazını müasir dizayn yanaşması ilə təqdim edən, velosiped idmanının dinamizmini və Azərbaycanın mədəni irsini əks etdirən yaddaqalan maskotun yaradılmasıdır.
Qeyd edək ki, "Bakı–Xankəndi" Azərbaycan Velosiped Yarışı mayın 10-14-ü aralığında təşkil olunacaq.
