Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində aparılan narkotik maddələrlə bağlı istintaq çərçivəsində “Klein Phönix” gecə klubu və “Bebek Otel” daxil olmaqla 6 məkanda əməliyyat keçirilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir
Polis və jandarma bölmələrinin iştirakı ilə həyata keçirilən reydlər zamanı təhlükəsizlik qüvvələri müəyyən edilmiş ünvanlara cəlb olunub. Həmin məkanlarda genişmiqyaslı axtarış aparıldığı və yoxlamaların həyata keçirildiyi bildirilir.
Əməliyyat zamanı saxlanılanlar arasında məşhur aktyor Can Yamanın da olduğu qeyd olunur. 1989-cu il təvəllüdlü Can Yaman “Dolunay”, “Erkenci Kuş”, “Bay Yanlış” seriallarında canlandırdığı obrazlarla tanınır.
