...

Azərbaycan avtomobil istehsalını 48%-ə yaxın artırıb

İqtisadiyyat Materials 17 İyun 2025 16:31 (UTC +04:00)
Azərbaycan avtomobil istehsalını 48%-ə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Azərbaycanda 2 052 ədəd minik avtomobili istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 663 ədəd və ya 47,7% çoxdur.

Belə ki, ötən ilin bəhs olunan dövründə ölkədə 1 389 ədəd minik avtomobilləri istehsal edilmişdi.

Eyni zamanda, hesabat dövründə ölkədə 44 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 210 ədəd və yaxud 5,8 dəfə azdır.

Qeyd edək ki, maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-may aylarında 246,9 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 7,7 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 13 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti