Bakı. Trend:
Rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyan İrəvanda saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, deputat Artur Hovhannisyan Ermənistan Milli Assambleyasında bildirib:
“Samvel Karapetyan, biz sizin məsələ ilə məşğul olacağıq”.
Bu ifadədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Karapetyanın evinə daxil olaraq onu saxlayıblar.
Qeyd edilir ki, hazırda biznesmenin Ulnetsi küçəsindəki mənzilində axtarış aparılır.
Xatırladaq ki, Samvel Karapetyanın bu gün kilsəni müdafiə edən açıqlamalar edib.