...

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Hadisə Materials 17 İyun 2025 12:02 (UTC +04:00)
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Toyota” markalı, 77-EQ-595 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 44 yaşlı Vüsal Hüseynov saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, xoxlama zamanı sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından ona tibbi müayinədən keçmək təklif olunub.

Lakin, V.Hüseynov məsuliyyətdən yayınmaq məqsədilə polisin qanuni tələbinə tabe olmayıb və özünə xəsarət yetirməyə çalışıb. Müayinə zamanı sürücünün narkotik vasitə qəbul edərək avtomobil idarə etdiyi aşkarlanıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Vüsal Hüseynov 30 sutka inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti