Bakı. Trend:
ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi (DHS) kənd təsərrüfatı sahəsində, həmçinin hotel və restoran biznesində çalışan qanunsuz miqrantların saxlanılması ilə bağlı reydlərin bərpa olunması barədə göstəriş verib.
Trend-in məlumatına görə, bu barədə "The Washington Post" nəşri mənbələrə istinadən xəbər yayıb.
İyunun 16-da nazirlik işçilərinə göndərilən məlumata əsasən, əvvəlki dövrdə fermalar, hotel və restoranlarda miqrasiya reydlərinin dayandırılması barədə verilmiş əmrlə bağlı qərar ləğv olunub.
ABŞ Milli Təhlükəsizlik Nazirliyinin köməkçisi Trişa Maklaflin bildirib: "Zorakılıq törədən cinayətkarları gizlədən və ya miqrasiya, Gömrük Mühafizə Xidmətinin işini qəsdən pozanlar üçün təhlükəsiz sığınacaq olmayacaq."
Bu addım ABŞ-nin miqrasiya siyasətində sərtləşmənin davamı kimi qiymətləndirilir.