...

Tramp komandasına İran rəsmiləri ilə təcili görüş tapşırığı verib

Dünya xəbərləri Materials 17 İyun 2025 07:46 (UTC +04:00)
Tramp komandasına İran rəsmiləri ilə təcili görüş tapşırığı verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında davam edən gərginlik fonunda komandasına İran rəsmiləri ilə mümkün qədər tez təmas qurmağı tapşırıb.

Trend xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Tramp komandasının üzvlərinə İran rəsmiləri ilə tezliklə görüşməyə çalışmaları barədə göstəriş verib”, – deyə məlumatda bildirilir.

Amerikalı rəsmilərlə iranlılar arasında ilk təmaslar vasitəçilər vasitəsilə artıq bazar ertəsi baş tutub.

Kanadada keçirilən G7 sammiti çərçivəsində Avropa liderləri ilə söhbətində Tramp bildirib ki, İsrail və İran arasında atəşkəsə nail olmaq məqsədilə danışıqlar aparılır. CNN qeyd edir ki, ABŞ lideri İran tərəfinin münaqişəni diplomatik yolla həll etməyə nə dərəcədə ciddi yanaşdığını qiymətləndirməyə çalışır.

Xəbər lenti

Xəbər lenti