...

Uşaqların virtual asılılığının hüquqi tənzimlənmə yolları müzakirə olunmalıdır – Ceyhun Məmmədov

Cəmiyyət Materials 26 Dekabr 2025 11:53 (UTC +04:00)
Uşaqların virtual asılılığının hüquqi tənzimlənmə yolları müzakirə olunmalıdır – Ceyhun Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Getdikcə uşaq və yeniyetmələrin ekran və virtual mühitə aludəçiliyi, rəqəmsal mühitin onların psixoloji durumuna mənfi təsiri halları getdikcə daha da artır. Bu da ümumilikdə təlim və tərbiyə prosesinə çox ciddi təsir edir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında deyib.

Deputat bildirilib ki, bir sıra dünya ölkələri uşaq və yeniyetmələrin virtual asılılığının, rəqəmsal mühitin onların psixologiyasına mənfi təsirinin aradan qaldırılması ilə bağlı müxtəlif qanunlar və normalar qəbul etməyə başlayıblar:

“Yalnız qanunun qəbulu yetərli deyil, buna paralel olaraq həm dövlət qurumları həm də qeyri-hökumət təşkilatları tərəfindən geniş maarifləndirmə və təbliğat işləri də aparılmalıdır. Sözügedən məsələnin ölkəmizdə də hüquqi tənzimlənməsi yollarının müzakirə olunmasını, eyni zamanda müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Milli Məclisdə də bu barədə bir dinləmənin təşkili məsələsinin nəzərdən keçirilməsini təklif edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti